Millət vəkili ilə Rasim Balayev bir arada - fotolar

Millət vəkili ilə Rasim Balayev bir arada -  fotolar
7555 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Rasim Balayevlə millət vəkili Qənirə Paşayeva bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, deputat aktyorla bağlı fikirlərini bölüşüb:

"Azərbaycan kinosunu onsuz təsəvvür etmək mümkünsüzdür. Onun yaratdığı bütün rollar sevilirdi, çünki o qəhrəmanlarını oynamırdı, yaşayırdı. Bir başqadır onun kinomuzdakı yeri və rolu. İllər keçdi, yaşı artdı. Kinomuzda yaşanan bəzi proseslərdən dolayı oynadığı rollar azaldı, az görünməyə başladı... Amma heç kəs onu unutmadı, sevgi azalmadı. Bu gün neçə saatlıq söhbət necə keçdi, heç xəbərimiz olmadı.

Rasim müəllim inşallah sağlamlığına da qısa zamanda qovuşacaq. Onun əsas dərmanı isə insanların sevgisi olacaq".

Foto: İlqam CƏBİYEV