Azərbaycana gələcək Özcan əməliyyat olundu

Azərbaycana gələcək Özcan əməliyyat olundu
1565 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Özcan Dəniz xəstəxanaya düşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi qarnından əməliyyat olunub.

Ötən il “Bir zamanlar Osmanlı” filminin çəkilişləri vaxtı atdan yıxılan Dənizin qarnında yırtıq əmələ gəlib. Bir müddətdir ki, bundan  əziyyət çəkən Özcan film çəkilişləri ilə bağlı müalicəsini təxirə salıb.  

Sənətçi hazırda özünü yaxşı hiss edir.

Qeyd edək ki, Özcan Dəniz dekabrın 19-da baş rolunda çəkildiyi və rejissorluğunu etdiyi “Su və atəş” filminin qala gecəsi ilə bağlı Bakıya gələcək. Tədbir Nizami Kino Mərkəzində gerçəkləşəcək.