"Eurovision 2018"ə biletlərin satış tarixi açıqlandı

"Eurovision 2018"ə biletlərin satış tarixi açıqlandı
1560 dəfə oxunub
  • A-
  • A
  • A+

Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Eurovision – 2018” mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 43-ə çatıb.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat dərc olunub.

Avropa Yayım Birliyi ötən həftə mahnı müsabiqəsinə 42 ölkənin iştirakını açıqlasa da, Makedoniyanın hesabına siyahıda artım baş verib.

Beynəlxalq müsabiqədə, həmçinin Azərbaycan, Albaniya, Avstriya, Avstraliya, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya iştirakını təsdiq edib.

Bundan əlavə, təşkilatçılar noyabrın 30-dan mahnı müsabiqəsinə ilk biletlərin satışa çıxarılacağını elan ediblər. Qiymətlər 35 avrodan başlayacaq. Bilet satışının ikinci mərhələsi 2018-ci ilin əvvəlində baş tutacaq.

Xatırladaq ki, Azərbaycanı müsabiqədə müğənni Aysel Məmmədova təmsil edəcək.