20 yaşlı qız “Dünya gözəli-2017” oldu - fotolar

20 yaşlı qız “Dünya gözəli-2017”  oldu -  fotolar
6125 dəfə oxunub
  • A-
  • A
  • A+
“Dünya gözəli-2017” müsabiqəsi baş tutub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu titula 20 yaşlı “Hindistan gözəli” Manuşi Çxillar layiq görülüb.

Çinin Sanya şəhərində keçirilən gözəllik müsabiqəsinin qalibinə tacı “Dünya gözəli-2016” puertorikalı Stefani Del Valle təqdim edib.   
 
İkinci yerə meksikalı Andrea Meze, üçüncü yerə isə britaniyalı Stefani Xill. Müsabiqə 15 mərhələdən ibarət olub. Yarışmada 118 ölkədən, 18-26 yaşarası qızlar iştirak edib.