Evliliklərinin 17-ci ildönümünü belə qeyd etdilər - fotolar

Evliliklərinin 17-ci ildönümünü belə qeyd etdilər - fotolar
2963 dəfə oxunub
  • A-
  • A
  • A+
73 yaşlı aktyor Maykl Duqlasla 48 yaşlı aktrisa həyat yoldaşı Ketrin Zeta-Cons evliliklərinin 17-ci ildönümünü qeyd ediblər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, İnstaqram hesabında 17 il öncə toy fotosunu paylaşan aktrisa yazıb:

“17 il öncə dostum və oğlumun atasına (o zaman oğlumun 2 yaşı vardı) “Hə” dedim. O zaman bu qədər xoşbəxt olacağımı düşünmürdüm. İndi səninlə, Dilanla və Kerri ilə hər günüm bayram kimi keçir. Sevirəm səni, əziz Maykl”.

Qeyd edək ki, cütlük 2000-ci ildə Nyu-Yorkda otellərdən birində nikah masasına oturub. Onların 19 yaşlı oğlu və 16 yaşlı qızı var.