Çəkildiyi səhnələrə görə sevgilisi aktrisanı tərk etdi - fotolar

Çəkildiyi səhnələrə görə sevgilisi aktrisanı tərk etdi - fotolar
10178 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Dilan Çiçek Deniz uzun zamandır  birlikdə olduğu Okan Can Yantırdan ayrılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük İnstaqramda bir-birini izləmədən də çıxarıb.

Dilan və Okanın hansı səbəbdən ayrılmağı dəqiq bilinməsə də, Okanın Dilanı “Çuxur” serialındakı öpüşmə səhnələrindən sonra tərk etdiyi iddia edilir.

Bundan başqa, serialın çəkilişləri üçün tərəf müqabili Aras Bulut İynemli ilə Fransaya gedən aktrisanın gecə klublarından birində aktyorla səmimi görüntüləri də yayılıb.