İlin ən zəngin gənc məşhurları - siyahı

İlin ən zəngin gənc məşhurları - siyahı
2310 dəfə oxunub
  • A-
  • A
  • A+
"Forbes" jurnalı ilin ən çox qazanan gənc məşhurların adını açıqlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya reper "The Weeknd" başçılıq edir. 27 yaşlı reper il ərzində 92 milyon dollar qazanıb.



İkinci yerdə Castin Biberdir. 23 yaşlı ifaçı il ərzində 105 konsert verərək və "Calvin Klein" markası ilə müqavilə bağlayaraq 83,5 milyon dollar gəlir əldə edib.



29 yaşlı Adel isə həm konsert, həm də "25" adlı albomundan il ərzində 69 milyon dollar qazanıb.



4-cü yerdə 29 yaşlı basketbolçu Kevin Durant bərqərar olub. Onun il ərzində qazandığı məbləğ 60,9 milyon dollar təşkil edib.



Futbolçu Andryu Luk bir ilə 50 milyon dollar əldə edib. İdmançının 28 yaşı var.