Aktrisa Xuraman Əlizadə illər əvvəl çəkilən fotosunu sosial şəbəkədə paylaşıb.
Axşam.az-ın məlumatına börə, hər zaman kök olması irad tutulan aktrisa şəkildəki arıq halı ilə təəccübləndirib.
O bildirib ki, dünyaya gələndə çəkisi 6 kiloqram olub:
“Şəkildəki soldan birinci mənəm. Köklüyüm haqda yazanlar, bilin, mən 6 kiloqrama yaxın doğulmuşam. Hər zaman kök olub fərqlənmişəm. Sadəcə, müəyyən məqamlar məni həddindən artıq kökəltdi. Yəni istəyərəkdən belə olmadım. Heç kim heç nədən sığortalanmayıb”.