Əməkdar artist Manana ailəsindən danışıb. Axşam.az-ın məlumatına görə, sənətçi həyat yoldaşının ona qarşı çox diqqətcil olduğunu deyib:
“Elə bir gün yoxdur ki, mənə hədiyyə almasın. Özü də həmişə çox dəyərli hədiyyələr bağışlayır. Dekabrın 28-də ad günümdür. Maraqlı bir ölkəyə səyahətə gedəcəyik. Ad günümü yeni il bayramından sonra keçirəcəyəm".
Bu gün Moskvaya yola düşən Manana çoxdandır yolunu gözlədiyi klipinin təqdimatına hazırlaşır:
“Rejissor Mako söz verib ki, artıq klipi təhvil verəcək. Moskvaya bir tədbirdə çıxış etmək üçün yollanıram. Oradan qayıdandan sonra isə klipi təqdim edəcəyəm və özümə aid olan yeni bir mahnını yazdıracağam. Yeni ildə bir çox mahnılar hazırlamaq istəyirəm”.