Talıb Tale toy qiymətini qaldırdı: "Canlı oxuyuram, vaxtım gedir"

Talıb Tale toy qiymətini qaldırdı: "Canlı oxuyuram, vaxtım gedir"
4192 dəfə oxunub
  • A-
  • A
  • A+
“Maşın”şoudakı qalibiyyətindən sonra populyarlığı daha da artan müğənni Talıb Tale toy qiymətini açıqlayıb.

Axşam.az xəbər verir ki, ifaçı “Hər şey daxil” verilişində son zamanlar ona tələbat artdığından qiymətləri də qaldırdığını deyib:
 
“Toylara mən kiçik heyətlə gedirəm. Heyətə isə 14-15 nəfər daxildir. Üstəlik, mahnılarımı canlı oxuyuram. İndi dekabrda tələbat artdığından, vaxtım da çox getdiyindən qiymət də artıb. Bir saatlıq toyu 3 min manata gedirəm. Bütün toyu isə 5-6 min manata aparıram. Konsert təklifləri də olur. Daha çox Rusiya şəhərlərindən dəvət edirlər”.