"Sarı gəlin"dən maraqlı dəyişiklik - fotolar

"Sarı gəlin"dən maraqlı dəyişiklik -  fotolar
1207 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının ən dəbdəbəli şadlıq saraylarından biri olan “Sarı gəlin” yenilənib.

Axşam.az-ın məlumatına görə, şadlıq evinin birinci mərtəbəsində yerləşən şou zalı artıq qonaqlarını fərqli ab-havada qəbul edəcək.

Yeni təmirdən sonra zalda musiqi formatı da dəyişdirilib. Belə ki, qonaqlar hər gün caz musiqisini, estrada mahnılarını dinləyə, onların sədası altında şam yeməyi yeyə biləcəklər. Sizləri canlı musiqi, xoş anlar məhz burada gözləyir. Qonaqlar yeni formatda olan "Sarı gəlin music hall" adlanan məkandan əsl musiqi zövqü alacaqlar.

“Sarı gəlin” heyəti bu dəyişikliklə bağlı tədbir keçirib. Gecəyə qatılanlar arasında sənət adamları da yer alıblar. Onlar restoranın bu dəyişikliyini bəyəndiklərini bildiriblər.

“Sarı gəlin” eyni zamanda şadlıq sarayı kimi də fəaliyyətini davam etdirir. Siz toy, nişan, ad günü və başqa xoş günlərinizi məkanın böyük zalında edə bilərsiniz. Öz işinin ustası olan "Sari gəlin" şadlıq sarayının işçi heyətinin yüksək səviyyəli xidməti ilə sizləri razı salacağına əmin olun.

Ünvan: Bəkir Çobanzadə 1

Tel.: (050) 860 00 33

İnstaqram: @sarigelinmusichall