“Türkvision”da azərbaycanlı münsif

“Türkvision”da azərbaycanlı münsif
1480 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Gövhər Həsənzadə Türkiyədə baş tutacaq “Türkvision” mahnı yarışmasında münsif kürsüsündə oturacaq.

Bu haqda Axşam.az saytına bəstəkarın özü məlumat verib.

Sənətçi bu il ölkəmizi yarışmada təmsil edəcək Fərid Həsənovun səsləndirəcəyi mahnını özünün bəstələdiyini bildirib:

“Türkvizion”un qala gecəsində Azərbaycandan münsif mən seçildim. Sevindirici haldır ki, belə bir mötəbər yarışmaya məni layiq gördülər. Müsabiqəyə qatılacaq Fərid Həsənovun səsləndirəcəyi mahnının söz və musiqisi də mənə aiddir. Mənim tələbəm Samir Cavadzadənin hazırlaşdırdığı ifaçının birinci seçilməsi çox yaxşıdır. Samir ilk dəfə “Eurovision” müsabiqəsinə qatılanda böyük səs-küy doğurmuşdu. Onun çıxışı müsabiqəyə Azərbaycanın adını yazdırdı. Hələ də o səhnə performansı yaddaşlardadır. İndi Fəridin də ən az Samir qədər möhtəşəm şou göstərəcəyinə inanıram. Azərbaycan yenə də parlaq iz qoyacaq”.