"Yeni ili sevgilisi ilə keçirmək üçün toy qiymətini 10 min deyir"

"Yeni ili sevgilisi ilə keçirmək üçün toy qiymətini 10 min deyir"
11802 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tarix Əliyev (Tolik) müğənni Günay İbrahimlinin Yeni il gecəsi toylara 10 min manat qonorar qarşılığında getməsi xəbərinə münasibət bildirib.
 
Axşam.az-ın məlumatına görə, prodüser “Hər şey daxil” verilişində bunu Günayın Yeni ili evdə keçirmək istəməsi üçün söylədiyi yalan adlandırıb:
 
“Bu, mədəni dildə “yox” deməkdir. Günay belə deyir ki, həmin gün onu toylara çağırmasınlar. Əslində Yeni il gecəsini 10 minə getmir. O, həmin gün məclisdə iştirak etmək istəmədiyi üçün belə deyib. Çünki o, Yeni il gecəsini sevdiyi ilə keçirmək istəyir. Röyanı bir dəfə Ruhi xanımın çox yaxın dostu qızının ad gününə çağırdı. Həmin uşağın ad günü Röya ilə eyni gündə idi, Onlar Röyaya dedilər ki, uşağın arzusudur ki, onu görsün. Röya 100 min də desəydi, onu ora aparacaqdılar. Həm də Ruhi xanım zəng vurmuşdu. Röya dediyi məbləğdən də artıq pul verdilər və o, öz ad gününü qeyd etməyib, Moskvadakı məclisə getdi. Kim ki, Yeni ili öz evində, sevdiyi ilə keçirmək istəyir, ona görə şişirdilmiş məbləğ deyir”.