"Asu" onu sevdiyini söyləyən rəfiqəsini həbs etdirə bilmədi

"Asu" onu sevdiyini söyləyən rəfiqəsini həbs etdirə bilmədi
8298 dəfə oxunub
  • A-
  • A
  • A+
2011-ci ildə “Türkiyə gözəli” seçilən Melisa Aslı Pamuk ona aşiq olan rəfiqəsi Elif Atbaş və dostu Yasin Dumanı həbs etdirə bilməyib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Melisa Elifin onu sevdiyini söyləməsindən sonra rəfiqəliyinə son qoyub. Bundan sonra isə Elifin təhriki ilə Yasin onu öldürməklə və üzünə yandırıcı maddə tökməklə hədələyib. Bundan sonra Pamuk məhkəməyə müraciət edib. Hətta proses davam edərkən belə Melisa öldürülməklə hədələnib. Lakin bütün bunları sübut edə bilmədiyindən məhkəmə Eliflə Yasinin bəraətinə hökm verib.
 
Qeyd edək ki, Melisa Aslı Pamuk “Kara sevda” serialından Asu obrazı ilə tanınır.