Anarın boşandığı xanımı danışdı: "Uşaqlarına baxmır, kirayələrdə qalmışıq"

Anarın boşandığı xanımı danışdı:  "Uşaqlarına baxmır, kirayələrdə qalmışıq"
36416 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, reper Anar Nağılbaz ilk həyat yoldaşından boşanıb.

Sənətçinin keçmiş xanımı Anjelika Axşam.az-a zəng edərək məsələnin təfərrüatlarını danışıb.

O bildirib ki, 1 il yarımdır ərindən rəsmən ayrılıb. Amma Anarın istəyi ilə bunu gizli saxladığını söyləyib:

"Mən onun rəsmi yeganə xanımı olmuşam, uşaqlarının anasıyam. Anar deyirdi, boşanma öz aramızda qalsın. Mən də susdum, oturdum. Eşidirəm ki, ikinci dəfə evlənir. Boşanmış insan evlənə bilər, normaldır, xoşbəxtlik arzulayıram. Amma bu insan iki övladına baxmır, maraqlanmır. Kirayədə qalırıq, ev pulunu vermir. Əvvəl atalıq eləsin, uşaqlarına ev qursun, sahib çıxsın, sonra gedib kiminsə xanımını gətirib bədbəxt eləsin. Boşanmağımıza evsizlik, baxımsızlıq səbəb olub. Bu vaxta kimi susmağıma səbəb qayınatam idi. İndiyənə kimi uşaqlara babası dəstək olub. Biz ailə qurandan mən Anarın yox, qayınatamın çörəyini yemişəm".

Anjelika ailədə yaşanan söz-söhbətlərdən bəhs edib:

"Anara dövlət tərəfindən verilən üçotaqlı ev satılıb. Sonra başqa bir ev alınıb. Mənimlə ailə qurduqdan sonra Anarla orada qaldıq. Həmin evdə qaynımın ailəsi qeydiyyatda idi. Uşaqlar olandan sonra ora sığmadığımızı dedilər və satdılar. Qaynım ailəsi ilə ayrı qalırdı, boşandı bizim yanımıza köçdü. Yenə başladı davalar, söz-söhbətlər. Qayınanam da mənimlə mübahisələr edirdi.

Yenə ev satıldı, Anar dedi ki, anam-atamdan ayrılmıram, istəyirsən sən get. Mən də ailəmi dağıtmamaq üçün qoşuldum onun yanına getdim. Darısqal bir evə yığışdıq. Uşaqlara heç nə çatdıra bilmirdim. Qayınatam da neçə ailəyə baxırdı, çatdıra bilmirdi. O evi də satdılar. Masazırda torpaq götürüldü, ev tikilməsi üçün. Qayınatam dedi ki, uşaqlarım üçün ev tikiləcək. Mənim uşağım orada bir gün qalmadı. Qaynım gedib yenidən evləndi, orada qaldı. Anar Azərbaycandan çıxıb getdi. Mən də qaldım qayınatamın yanında. Çətin vəziyyətdə idim. Bunları danışmaq istəmirdim. Görürəm ki, uşaqlarım da əziyyət çəkir. Bu haqsızlığa çox dözdüm. Uşaqlarıma görə bundan sonra heç bir haqsızlığa dözməyəcəm".



Reperin keçmiş xanımı bildirib ki, kirayədə yaşayır, amma evin pulunu ödəyə bilmir:

"Məhkəmələrdə qalmışam. Qayınatamın xahişi ilə oturdum kirayədə. Dedi ki, Masazırdakı evi satıb sizə ev alacam, kirayə pulunuzu da verəcəm. Hələ də ev satılmır, biz də evsiz qalmışıq. Anara yığıram ki, uşaqlara sahib çıx. Mənə cavab vermir, yazır küçələrdə qalıram, məni “blok" edib. Öz uşağının məktəbi ilə maraqlanmır, ayaqqabı, paltar almır, gedib evlənir?".
 
Anjelika bildirib ki, özü də işsizdir:

"Əvvəl çalışırdım, inid çatdıra bilmirəm. 2 aydır qaldığım evin kirayəsini verə bilmirəm. Qızım hazırlığa getməlidir, amma pul yoxdur. Anara deyirəm ki, 100 manat sən düzəlt, 100 manatını mən hazırlayım. Deyir, mən işləmirəm, küçələrdəyəm. Oğlum üçüncü sinifdə oxuyur. Babası əməliyyata gedib, deyib 2 ay vaxt ver, sizə baxa bilməyəcəm. Ancaq alimenti yollayacam. 200 manat alimentdir. Bununla necə uşaq saxlayım? Bu yaxınlarda qızımızın ad günü idi. Anar ona guya təbrik yazıb. İndi onu da yayımlamanızı istəyirəm".