Azərbaycanda qış bu tarixdən başlayacaq

Azərbaycanda qış bu tarixdən başlayacaq
3093 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycana qış fəsli dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27:54-də daxil olacaq.

Axşam.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, həmin vaxt ən uzun gecə müşahidə olunacaq: “Bu halda gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə olacaq. Həmin an cənub yarımkürəsində isə ən uzun yay gecəsi olacaq”.