"Anama görə üzülürəm" - Elməddin Cəfərov

"Anama görə üzülürəm" -  Elməddin Cəfərov
4556 dəfə oxunub
  • A-
  • A
  • A+

"Tələbəlik illərində teatrda çalışmışam. Universitetdən sonra tetartda çalışmamışam. Orada nə baş verirsə, yaxşı da, pisi də mənə aid deyil".
 
Axşam.az-ın məlumatına görə, bu sözləri aktyor Elməddin Cəfərov “Səhər-səhər” verilişində deyib.

O, Şeyx Əbdül Mahmudovun onun ünvanına dediyi "Mən həmişə demişəm ki, Elməddindən Azərbaycan filmini, teatrını xilas etmək lazımdır. Elməddin xeyirxah oğlandır, getsin menecerlik eləsin" sözlərinə münasibət bildirib:

"Komersiya məqsədli filmlərdə çəkilirəm. İranda, Türkiyədə filmlərdə rol almışam. Mən festival filmlərində çəkilmirəm. İtaliyadan təklif gəlib, filmə çəkilmişəm. Bu o deməkdi Azərbaycan kinosuna ziyan vururam? Deyirlər, Azərbaycanda film və teatrın inkişafını dayandırmışam. Mən kiməm?

Mənə qıcıq olurlar. Bunu deyənlər atam yaşda insanlardır. Nə cavab verim? Normaldır, insanların söz azadlığı var. Amma anam bu xəbərlərə pis olur, onun üçün üzülürəm".