Rusiyalı tenor Bakıda çıxış edəcək

Rusiyalı tenor Bakıda çıxış edəcək
1423 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında vokal musiqi axşamı təşkil olunacaq. Konsertdə Rusiyanın tanınmış tenoru Oleq Paqudin çıxış edəcək.

Axşam.az xəbər verir ki, bu barədə  Rusiyanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirliyin dəstəyi və filarmoniyanın təşkilatçılığı ilə reallaşacaq konsertdə rus və Avropa bəstəkarlarının əsərlərinə müraciət ediləcək.