Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin

Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin
4420 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər qadın təbii görünüşlü dolğun dodaqlara sahib olmaq istəyir. Bunun üçün cərrahi üsullar vacib deyil. Dodaqlarınızı təbii yollarla da dolğunlaşdıra bilərsiniz.

Axşam.az xarici KİV-ə istinadən bunun bir sıra yollarını təqdim edir:

- Dodaqlarınızda dolğun bir görünüş əldə etmək üçün onları quru bir diş fırçası ilə yüngülcə sürtərək fırçalayın. Bununla dodağınızda olan ölü dəri hüceyrələrini yox etmiş olarsınız. Eyni zamanda bu üsul qan axışını tənzimlədiyi üçün dolğun və hamar dodaqlara sahib olmanızı təmin edər.

- Dodaq qələmi dodaqlarınızı ön plana çıxartmaq və dolğunlaşdırmaq üçün ən təsirli makiyaj üsullarından biridir. Dodaq rənginizə uyğun bir rəng ilə dodaq ətrafınıza asanlıqla tətbiq edə bilər, ardından parladıcınızı istifadə edə bilərsiniz.

- Təbii görünüşlü dolğun dodaqlar üçün yağ esanslarını da seçim edə bilərsiniz. Xüsusilə nanə yağı dodaqlarınızı şişirərkən çəhrayı və dolğun görünməsini təmin edər.

- Tünd rəng pomadalar dodaqlarınızı həmişə incə göstərər. Buna görə daha açıq tonlarda, dodaq rənginizin bir və ya iki ton tündündən pomadaları seçməniz, dodaqlarınızı daha dolğun göstərəcək.

- Mat rəngli pomadalar istifadə etmək istəsəniz, dodaqlarınızı dolğun görünməsinə köməkçi olacaq tarçın pomadaları seçin.