"Ailələrin dağılma səbəbi sosial şəbəkələrdir" - Elnarə

"Ailələrin dağılma səbəbi sosial şəbəkələrdir" -  Elnarə
2712 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sosial şəbəkədə heçnə paylaşa bilmirəm. Bizə Allah paltaryuyan yaratdı ki, xanımlar rahat olsun".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elnarə Abdullayeva "Səhər-səhər" verilişində deyib.

Müğənni ailələrin dağılmasına sosial şəbəkələrin səbəb olduğunu bildirib:

"20 il bundan əvvəl telefonlar çıxanda dedim ki, indi baxarsız, bu, o qədər evlər dağıdacaq. Dedilər ki, sən 16-cı əsrdən gəlmisən. Sonra xəbərlərdə dedilər ki, ailələrin ayrılma səbəbinin çoxu sosial şəbəkələrdir. Bəli, bu gün belədir. Xanımlar kiminləsə danışır və evdən çıxır. Allah bu telefonu başqa səbəbə göndərib. Mənə sərf etmir istifadə etmirəm. Hamının öz işidir".