Abbas efirlərdən imtina etdi

Abbas efirlərdən imtina etdi
1884 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Abbas Bağırov bir müddət efirlərə çıxmayacaq.

Axşam.az-ın məlumatına görə, müğənni bunu şəxsi həyatı ilə əlaqələndirib.

Sənətçi bildirib ki, bütün dəvətlərdən imtina edib:

“Hörmətli telekanal və radio verilişlərinin əməkdaşları: Məni müəyyən səbəblərə görə heç bir verilişlərə dəvət etməməyinizi xahiş edirəm. Səbəb, mənim şəxsi işlərimlə bağlıdır. Diqqətinizə görə təşəkkür edirəm”.

Qeyd edək ki, üç gün əvvəl Abbasın Gəncədə toyu olub. Müğənni dekabrın 27-də Bakıda “Buta palace”də daha bir toy edəcək. Mayda isə onun Bakıda kişi toyu olmuşdu.