Aparıcı itlərini öldürən qonşusunu həbs etdirdi

Aparıcı itlərini öldürən qonşusunu həbs etdirdi
1329 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Tanem Sivarla əri Edhem Dirvana Maramarisdə itlərini öldürən qonşuları K.Ü.-nü həbs etdiriblər.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcı noyabrın 7-də Djanqo və Pamuk adlı itlərinin qonşusu tərəfindən zəhərlənməsi iddiası ilə məhkəməyə şikayət ərizəsi yazmışdı.

Əvvəlcə tutulub, daha sonra sərbəst buraxılan K.Ü. Tanemlə Edhemə atəş açaraq əxlaqsız hərəkətlər nümayiş etdirib. O, yenidən saxlanılaraq məhkəmə zalında həbs olunub.