Heydər Əliyev Sarayında “Ulduzların duetləri” adlı konsert proqramı təqdim olunub.
Axşam.az AzərTac-a istinadən xəbər verir ki, konsert Rəşad İlyasov və İlhamə Quliyevanın virtual duetləri ilə başlayıb.
Gecədə xalq artistləri Fidan Hacıyeva, Heydər Anatollu, əməkdar artistlər Zakir Əliyev, Almaz Orucova, Lalə Məmmədova, Cavanşir Məmmədov, Firuzə İbadova, Nurlan Növrəsli, Ehtiram Hüseynov, müğənnilər Rəşad İlyasov, Arzu Əliyeva, Nadir Qafarzadə və başqaları çıxış ediblər.
İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “FM Ekspress” estrada qrupu müşayiət edib.