"O, bu cəmiyyətdən silinməlidir" - Nur Yerlitaşa məşhurlardan sərt reaksiya

"O, bu cəmiyyətdən silinməlidir" - Nur Yerlitaşa məşhurlardan sərt reaksiya
9499 dəfə oxunub
  • A-
  • A
  • A+
Canlı yayımda şəhidləri ələ salan modelyer Nur Yerlitaşa bu dəfə məşhurlar sərt reaksiya veriblər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk addımı müğənni Serkan Kaya atıb. O, modelyerin sözlərindən sonra yeni klipini yayımlamaqdan imtina edib və yenidən montaja verərək Nurun olduğu hissələri çıxarmaq qərarı alıb.

Demet Akalın da Yerlitaşla dost olmasına baxmayaraq, “Nurun sözlərinə çox əsəbiləşdim” deyərək onu İnstaqramda izləmədən çıxarıb.

Ən sərt reaksiya verənlərdən biri də ifaçı Tuğba Əkinçi olub. O, “Bu işi belə qoymayacam. Nur bu cəmiyyətdən silinməlidir” deyə modelyeri tənqid edib.

Yerlitaş eyni zamanda bəzi verilişlərin siyahısından da çıxarılıb. O, bu gün TV8-də yayımlanan “Duymayanlar kalmasın” proqramına çıxmalı idi. Lakin ötən günki ifadələrindən sonra onu verilişə çıxarmamaq qərarı verilib. Verilişin aparıcısı Seren Serengil bu barədə açıqlama verərkən “Yəqin Nur şəhidlər haqda danışanda içkili olub” deyərək dostunu qorumağa çalışıb. Lakin modelyer həmin gün içki içmədiyini bildirmişdi.
Xatırladaq ki, ötən gün Nur Yerlitaş Neslihan adlı rəfiqəsinin ad günündə canlı yayıma qoşulub. O, müğənni Serkan Kayanın xanımı Ayşegüllə söhbəti zamanı “Nə edim, şəhid olublar. Şəhidlər-məhidlər, uf, daha bəsdir” deyib.

Bu isə sosial şəbəkədə böyük qalmaqala səbəb olub. İstifadəçilər modelyerə “Sizə yaraşmadı, ar olsun”, “Ekranda sevimli görünən üzün maska imiş”, “Onlar olmasa, siz o masada otura bilərsiniz?”, “Özünüz də, sözünüz də çox çirkindir” yazıblar.

Daha sonra açıqlama verən modelyer əslində bu ifadələri istifadə etdiyini bildirib:

“Canlı yayım gedən vaxt yanımdakı dostlarımdan biri vurğuladı ki, bəzi insanlar "şəhidlərin" yalanları arxasında gizlənərək insanları təhqir edirlər. Mən də cavabımda “Neyləyim, istədiklərini söyləsinlər” dedim”.

O, heç kimin onun vətəninə, bayrağına hörmətini qaralamağa gücü çatmayacağını vurğulayıb.