"Sağlam olun"da nələr olacaq? - fotolar

"Sağlam olun"da nələr olacaq? -  fotolar
2895 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Sağlam olun” verilişinin budəfəki buraxılışında diş problemlərindən bəhs ediləcək.

Axşam.az-ın məlumatına görə, “Hollivud gülüşü” ifadəsinin anlamından tanınmış simalar və peşəkar stomotoloq danışacaq. Həftənin cümə axşamı yayımlanacaq verilişin qonaqları arasında aktyor Fərda Xudaverdiyev, “Passage” dərgisinin baş redaktoru Nərminə Ağasi, fotoqraf Şahin Sərkərov yer alıb.

Həftənin cümə günü yayımlanacaq buraxılışda isə sonsuzluqdan bəhs ediləcək. Həkimlər sonsuzluq yaradan problemlərdən söz açacaqlar. Verilişin qonaqları müğənni Xatirə İslam və Rüfət Axundov eyni zamanda artıq çəkidən xilas olmaqlarının sirlərini açıqlayacaqlar.

“Sağlam olun” verilişinin növbəti buraxılışlarını cümə axşamı və cümə günü saat 10:30-da ATV telekanalında izləyə bilərsiniz.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan “Sağlam olun” verilişinin yaradıcı kollektivi aparıcı Zərif Atayeva, redaktor Sevinc Rəcəbova, rejissor Qəmər Abbasova, koordinatorlar Vüqar Şəfiyev və Azər Baxşəliyevdən ibarətdir.

Foto: Rəşad ABBASOV