Xalq artisti dünya ulduzu ilə duet oxuyacaq

Xalq artisti dünya ulduzu ilə duet oxuyacaq
1358 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Alim Qasımov yaradıcılığı ilə bağlı yeniliklər etməyə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı bu haqda “Telemaqazin” verilişinə açıqlamasında deyib. O, dünya ulduzu ilə duet oxuyacağını bildirib:

“Bu təklif dostlarımdan gəlib. İstəyirlər ki, həmin ulduzla duet oxuyum, səs yazımız qalsın. Hələ ki o məşhurun adını açıqlaya bilmirəm”.

A.Qasımov səhnədə davamçısının kim olacağından da danışıb:

“Bu yaxınlarda nəvəm Alim Qasımov dünyaya gəldi. Bir davamçım odur. Ondan əvvəl isə böyük nəvəm Fatimə də yaxşı oxuyur. Hətta hərdən deyir ki, baba sənlə mənim nə fərqim var ki? Sən muğam oxuyursan, mən də caz”.