Rihanna ilə rəqs edən robot Bakıda - fotolar

Rihanna ilə rəqs edən robot Bakıda -  fotolar
2013 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur müğənni Rihannanın konsertlərində onunla rəqs edən robot “Titan” Bakıya gətirilib.

Axşam.az-ın məlumatına görə, bir çox Hollivud filmindən hər kəsə tanış olan “Titan” “Baku Expo Center”də nümayiş olunub.

Bakıda keçirilən "Bakutel-2013" Azərbaycan beynəlxalq informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində baş tutan nümayişdə həm hərəkət edən, həm də insanlarla dialoq quran bu nəhəng robot sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, “Titan” Rihannanın konsertlərində dəfələrlə səhnəyə çıxıb və dünya ulduzu ilə rəqs edib. “Titan” robotu MDB ölkələri arasında ilk dəfə Bakıda nümayiş olunub. Robot bir neçə dəfə “BBC” kanalında da şoulara qatılıb.
Bütövlükdə 2,5 metr hündürlüyü olan “Titan” robotunun ABŞ-dan hava nəqliyyatı ilə daşınması “Hummer” markalı bir neçə hərbi avtomobilin daşınması ilə eyni qiymətə başa gəlir.

Robot, həmçinin məşhur “Canlı polad” (“Real Steel”) döyüş filminin epizodik obrazı olaraq Hyu Cekman və rejissor Şavn Levi ilə birlikdə ekran işinin premyeralarında iştirak edib.