Rəqsanə: "Onunla ailə qurmağıma peşman deyiləm”

Rəqsanə: "Onunla ailə qurmağıma peşman deyiləm”
3107 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova mediadan gizlətdiyi həyat yoldaşından danışıb.

Sənətçi Axşam.az saytına açıqlamasında şəxsi həyatının yolunda getdiyini, xoşbəxt olduğunu deyib:

“Heç nədən şikayətim yoxdur. Bəzən aramızda narazıçılıqlar olur. Bunu  normal qəbul edirəm. Hər bir ailədə söz-söhbətlər baş verir. O, çox vaxt məni təəccübləndirir. Hərdən nəyisə etmək istədiyimi deyirəm. Birdə görürəm ki, artıq onu özü həll edib. Heç vaxt uzaq səfərlərə mənsiz getmir. Mən harasa yollananda isə ayrılığımız beş gündən artıq çəkmir və dərhal yanıma gəlir. Onunla ailə qurmağıma peşman deyiləm”.

Hazırda İstanbulda olan Rəqsanə şou-biznes aləminin onun üçün maraqlı olmadığını bildirib:

“Haqqımda bəzi şayiələr yayırlar. Gah qızımın adını hallandırırlar, gah da mənim. Bir-birinə hörmət etməyən şou-biznesdə yoxam. Ailəmlə, övladlarımla kənardayam, başımı salıb işimi görürəm. Şou aləmindən heç kimlə maraqlanmıram. Daha mənim adımı çəkməsinlər”.