Ayseli gözəllik yarışmasına buraxmadılar

Ayseli gözəllik yarışmasına buraxmadılar
2187 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Aysel Manafovanın Riqada keçiriləcək “Miss Top of the World-2013” müsabiqəsinə qatılmasına icazə verilməyib.

Bu haqda Axşam.az saytına “Miss Azerbaijan”ın təşkilatçı heyəti xəbər verib. Bildirilib ki, azərbaycanlı modelin müsabiqəyə qatılmamasına səbəb “Kainat gözəli” yarışması olub.

Belə ki, üç ay əvvəl “Miss Top of the World-2013”ün yaradıcı heyətindən təklif gəlib. Həmin ərəfədə Aysel Moskvada keçirilən müsabiqəyə hazırlaşıb.

Buna görə də onun iştirakına icazə verilməyib. A. Manafovanın əvəzinə Riqada baş tutacaq yarışmada ölkəmizi model Oksana Rzayeva təmsil edəcək.