"Məni kürəyimdən vurdular" - Anar hönkür-hönkür ağladı

"Məni kürəyimdən vurdular" - Anar hönkür-hönkür ağladı
11350 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu hadisə ilə bağlı çox danışa bilmirik. Məhkəməyə verilib. Onlar mənə vurulan ziyanı həm maddi, həm mənəvi ödəyəcəklər. Çox külli miqdarda təzminat alacam. Şübhələndiyim şəxslər var. Vəkillərimlə görüşdüm. Materiallarım əlimdədir, amma açıqlanmasını istəmirəm. Bunlar açıqlansa... Videonu yayanlar xanımlardır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri reper Anar Nağılbaz media nümayəndələri ilə görüşdə deyib. Sənətçi son günlər yayılan 18+ videosundan danışıb. Nağılbaz görüntüləri keçmiş həyat yoldaşı Anjelikanın yayması ilə bağlı sualları cavablandırıb.

O, videodakı şəxsin o olmadığını iddia edib:

“Bunları məhkəmədə deyəcəyik. Bu videodakı hər şey iftiradır. Oradakı mən deyiləm, səs də mənim deyil. Mənə qarşı yönəldilən “qara piardır”.

Keçmiş xanımım və onların tərəfindən danışanların sözünə inanmayın, hamısı yalandır. Mənim dəlillərim var. Hamısı təxribatdır. Baxsanız görəcəksiniz ki, səslər görüntü ilə düz gəlmir. Mənim məşhur xalım orada üzdə yoxdu. Ekspertizaya verilib, sübut olunacaq”.

Anar Anjelikanın onun haqqında dediyi "övladlarına baxmır" sözlərinə münasibət bildirib:

“Onların pulları artıqlaması ilə verilir. Hər şeyləri hər zaman olub. Deyir, Anar martdan uşaqlarını görmür. Mən bütün yayı uşaqlarımla keçirmişəm. Həmişə ata qayğısı göstərmişəm. Uşaqlarım üçün göz yaşı tökən adamam (ağlayır). Bıçağı kürəyimdən vururlar. Hamısı məhkəmədə cavabını alacaq. Qanun yazan kişinin oğluyam. Ona görə də hamısını qanunla yoluna qoyacam”.

Hönkürüb ağlayan reper masaya yumruq vuraraq pis olduğunu deyib. Jurnalistlər sənətçinin aqresiv davranışına etiraz bildiriblər.

Daha sonra yanındakılar tərəfindən sakitləşdirilən Anar evlənməyə hazırlaşdığını söyləyib:

“Çox xoşbəxtəm, nişanlıyam. Aytənim var. Tezliklə evlənəcəyik. O məni hər cür qəbul edib. Toyum mediaya açıq olacaq. Çox fərqli bir məclis planlaşdırmışam. Azərbaycanda hələ belə toy olmayıb”.

Tədbirdə əməkdar artist Nahidə Orucova ilə müğənni Cəmilə də yer alıblar. Cəmilə ilə jurnalistlər arasında qalmaqal yaşanıb. sənətçi jurnalistlərə "Qara piardır", adını nüfuzunu yerə salmaq istəyirlər. Bunlar alçaqlıqdır. Bizim millət günü, halı yaxşı olana qara yaxır. İnsana dayaq durmaq lazımdır.

Siz yayırsınız, bəsdirin" deyərək səsini yüksəldib.

Jurnalistlər müğənniyə "Bura Anardan münasibət öyrənməyə gəlmişik. Sizdən yox... Nə bəsdirin" cavabını verib.