Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu - 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq.

Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, dekabrın 1-i, 2-si və 3-də, saat 12:00 və 19:00-da “Hacı Qara” (M.F.Axundzadə), “Qısqanc ürəklər” (R.Mirişli, M.Haqverdiyev), “Bremen musiqiçiləri və Pen” (C.Barri, Qrimm qardaşları), “www.ferzeli-kef.com” (E.Sabitoğlu, C.Məmmədov), “Bir dayan, canavar!” (R.Ağayeva, A.Xayt, A.Kurlyanski) və “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva) tamaşaları təqdim ediləcək.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində xalq artistləri - Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər - Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar - Məhərrəm Qurbanov, Marina Litvinenko, Nadir Xasıyev, Nadejda Povelitsina, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Gülnarə Abdullayeva, Emil Heydərov, Gülcahan Salamova, Elçin İmanov, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, Gültac Əlili, Gülçöhrə Abdullayeva, Nicat Əli, Güldanə Əzimova, Səməd Xasıyev, Əmrah Dadaşov, Zarina Qurbanova, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov, Zaur Əliyev, Ruslan Mürsəlov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 3 dekabr saat 12:00-da R.Ağayeva, A.Xayt, A.Kurlyanskinin “Bir dayan, canavar!” əsəri uşaqlar üçün rus dilində nümayiş olunacaq. Balacalar həmçinin 2 dekabr saat 12:00-da C.Barri, Qrimm qardaşlarının “Bremen musiqiçiləri və Pen” nağıl-tamaşasını Azərbaycan dilində izləyə biləcəklər.

Həftəsonunu xoş ovqatla keçirmək istəyənlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.