İzzət o qədər arıqladı ki... – fotolar

İzzət o qədər arıqladı ki... –  fotolar
3800 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir heç bir məclisə qatılmayan müğənni İzzət Bağırzadə obyektivimizə tuş gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçinin xeyli arıqlaması diqqət çəkib. İzzət eyni zamanda saqqalını da qırxıb.

Qeyd edək ki, bir müddət əvvəl Bağırzadənin adı dava hadisəsində hallandırdı. Avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən “Neolit” şadlıq evində dava olub. Belə ki, Novruz Aslanovun yaxın qohumlarının ali məktəbə daxil olması münasibəti ilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. İ.Bağırov isə “Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz” deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Dava da bunun üstündə olub. Nəticədə İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Novruza “beşbarmaq”la zərbələr endirib.