Məmməd Arazın məzarı ziyarət edilib

Məmməd Arazın məzarı ziyarət edilib
1530 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 1-də xalq şairi Məmməd Arazın vəfatının onüçüncü ildönümü ilə əlaqədar şairin xatirəsi anılıb.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, tanınmış mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Məmməd Arazın məzarını ziyarət edib, üzərinə təzə-tər güllər düzüblər.

Anım mərasimində Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli şairin bir-birindən hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.

Mərasimdə Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdığını bildirib. Vətənpərvər şairin “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim!”, “Məndən ötdü qardaşıma dəydi!” və digər məşhur misralarının zərb-məsələ çevrildiyini, onun yaradıcılığının xalqımızın əbədi yaddaşına döndüyünü söyləyib.

Tədbirdə şairlər Əvəz Lələdağ, Qardaşxan Əzizxanlı və başqaları Məmməd Araz yaradıcılığının bənzərsizliyindən söhbət açıblar.