Coliyə bənzəmək üçün əməliyyat olunduğunu demişdi - yalanı üzə çıxdı

Coliyə bənzəmək üçün əməliyyat olunduğunu demişdi - yalanı üzə çıxdı
21018 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ancelina Coliyə bənzəmək üçün əməliyyat olunaraq gözlənilməz hala düşdüyünü deyən 29 yaşlı iranlı Sahar Tabarın yalanı üzə çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onun heç bir əməliyyat olunmadığı və sadəcə makiyaj, müxtəlif protezlərdən istifadə edərək özünü qorxunc hala saldığı iddia olunur.

O da bildirlir ki, Sahar bunu İnstaqramda fenomenə çevrilmək üçün edib.

Hazırda 400 min izləyicisi olan Tabarın simasını, xüsusən burun və dodağını makiyajla eybəcər hala salındığı vurğulanır.

İzləyicilərindən bəziləri hətta onun bu yaxınlarda adi görünüşdə çəkilmiş şəkillərini sosial mediada yayaraq belə tezliklə Tabarın əməliyyat olununaraq zahirən dəyişə bilmədiyini sübut etməyə çalışıblar.

Xatırladaq ki, gənc qız Coliyə bənzəmək üçün 50 dəfə plastik əməliyyat olunduğunu və arıqlayaraq 40 kiloqrama düşdüyünü söyləyib. Onun haqda sosial media istifadəçiləri “İnsanlıqdan çıxıb” kimi şərhlər yazıblar.