Müğənni qızına təmtəraqlı ad günü keçirdi - fotolar

Müğənni qızına təmtəraqlı ad günü keçirdi -  fotolar
5769 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün muğam ifaçısı Bahar Lətifqızı övladı Sevgi üçün möhtəşəm ad günü keçirib.

Axşam.az xəbər verir ki, tanınmış sənətçilər də 3 yaşlı Sevgini təbrik etmək məqsədilə məclisə qatılıblar.

Xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Aygün Bəylər, xanəndələr Elnarə Abdullayeva, İlahə İbadova, müğənnilər Manaf Ağayev, Nadir Qafarzadə, Xatirə İslam, Mətanət Əsədova, Əlikram Bayramov, Rüfət Axundov, Samir Piriyev, Xatun, Aşıq Telli, Aşıq Əli, rəqqasə Fatimə Fətəliyeva, xalq artisti, aktrisa Məleykə Əsədova və bir çoxları Baharın sevincini bölüşüblər. Müğənnilər öz ifaları ilə gecəyə xüsusi rəng qatıblar. Məşhurların həm oxuyub, həm də oynadığı tədbirdə maraqlı anlar yaşanıb. Mərasim zamanı müğənninin qızı üçün hazırlanan video çarx da böyük diqqətə səbəb olub. Bahar qızının doğum günündə kimsəsiz uşaqları da unutmayıb. Müğənni onları tədbirə dəvət edərək müxtəlif hədiyyələrlə üzlərini güldürüb. Mərasim gecə yarısına qədər davam edib.

Foto: Rəşad Abbasov