Sosial şəbəkə vasitəsiylə məşhur olan model Anastasia Kvitko bütün qadınların onu qısqandığını iddia edib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Rusiyanın Kim Kardaşyanı kimi tanınan Anastasia İnstaqramda onu milyondan çox kişinin izlədiyini deyib:

"Elə buna görə də qadınlar məni qısqanır. Mənim görünüşümə paxıllıq edirlər".

Sevgilisi olmadığını, amma bir çox kişidən təklif aldığını deyən Kvitko Kimə bənzədilməsi ilə razılaşmayıb:

"Bəlkə bir az kök olduğum üçün bənzədilirəm. Amma mən Kimdən daha gözəl, idman tipli bədənə sahibəm".