İki məşhur pianoçu eyni səhnəni bölüşəcək

İki məşhur pianoçu eyni səhnəni bölüşəcək
1447 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə konsert proqramı ilə çıxış edəcəklər.

Axşam.az xəbər verir ki, konsertdə solistləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə reallaşacaq konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.