"İstəyirəm, onu tapıb içimdəkiləri üzünə deyim"

"İstəyirəm, onu tapıb içimdəkiləri üzünə deyim"
929 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Cavadzadə sosial şəbəkələrdə bir-birini təhqir edən məşhurların ünvanına sərt sözlər deyib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında həmkarlarına bu mövzuda məsləhət verib:

“Əgər tənqid yazmaq istəyirsənsə, bunu yumor şəklində təqdim et. Kimisə təhqir etmək düzgün deyil. Bizim müğənnilər sosial şəbəkədə bir-birlərinin ünvanına təhqirlər yazır. Tənqidi qəbul edirəm, amma təhqiri yox. Bəzən elə status oxuyuram ki, istəyirəm, o məşhuru tapıb içimdəkiləri üzünə deyim”.

Yeniliklərindən danışan Samir solo konsertə hazırlaşır:

“Yazda ilk solo konsertim baş tutacaq. Çox maraqlı tədbir olacaq. Mən başqaları kimi konsertdə yanıma rəqqasları yığıb geyimlərlə özümü göstərmək istəmirəm. Bütün mahnılarımı fərqli formada təqdim edəcəm. Eyni zamanda Niyaməddin Musayevin repertuarından olan “Dünya sənin, dünya mənim” mahnısını səsləndirmişəm. Müğənnidən icazə aldım, o da xeyir-dua verdi. İlk dəfədir ki, bu tərzdə mahnı səsləndirirəm”.