Şou-biznesin ən sadə sənətçisi kimdir? - Sorğu

Şou-biznesin ən sadə sənətçisi kimdir? - Sorğu
1392 dəfə oxunub
  • A-
  • A
  • A+
Şou aləminin həm özündənrazı, həm də sadə nümayəndələri yetərincədir.

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişi tanınmışlar arasında sorğu apararaq “Ən sadə məşhur”u seçib:

Müğənni Manaf Ağayev – Ən sadə tanınmış elə özüməm.

Müğənni Rüfət Axundov – Ən sadəsi Xatun və Xatirədir.

Aşıq Əli – Azərbaycan sənət aləmində bir sadə insan var, o da xalq artisti Alim Qasımov. Bütün dünyanı gəzib, konsert verib, xaricdə belə onun sevənləri var, amma hələ də insanlarla davranışı çox sadədir.

Müğənni Günay İbrahimli – Sadələr çoxdur. Amma özlərini elə göstərmirlər. Ad deyə bilmərəm.

Müğənni Yaşar Yusub
– İstər müğənni ol, istər başqa peşə sahibi, sadə olmalısan. Bu gün müğənnilərin çoxu sadədir. Amma mənim fikrimcə ən sadəsi Emil Bədəlovdur. Yaxın dostumdur, uşaqlıqdan bir yerdəyik. Onun xasiyyətinə bələdəm, heç dəyişməyib.

Müğənni Niyam Səlami
– Xalq bir insanı sadə bilir – Zeynəb Xanlarovanı. Düzdür, özünü sadə göstərmir, bunu edə də bilməz. Amma onunla ünsiyyətdə olmuşam və nə qədər sadə olduğunu görmüşəm. O, bir nömrəlidir.