Dado boşanmasından danışdı: "Natavan, məni bağışla"

Dado boşanmasından danışdı:  "Natavan, məni bağışla"
20810 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyiçiz kimi, müğənni Natavan Həbibi və reper Dado Əliyev boşanır.

Axşam.az-ın məlumatına görə, ayrılıq xəbərini Natavan yayıb. Dado isə bir neçə gündür zənglərə cavab vermir, bununla bağlı sualları cavabsız qoyurdu.

Reper İnstaqram səhifəsində məsələ ilə bağlı açıqlama yayıb. O, ailə qurması ilə bağlı xəbərlərə, evliliklərinin saxta olması söhbətlərinə cavab verib:

“Heç bilmirəm son zamanlar bizdən yazılan hansı xəbərdən danışım. Ailəmizin dağılmağından, yoxsa uydurma xəbərlərdən? Mən elə kişi deyiləm ki, öz həyat prinsiplərimi pulun üzərində qurum. Adam kişi olar. Bu söhbəti yaradanlarla başqa danışarıq...

Ortada şər və böhtan var. Bəlkə kimsə özünü bu rolda görür, belə addımlara normal baxır, düşünür ki, şou-biznes insanlarıdır... Xeyr... Mən o kəslərdən deyiləm. Mənim nə adım, nə də hissim satılmır. Bu nə biabırçılıqdır edirsiniz?

Ailəmə toxunmayın. Nat, olanlara görə məni bağışla, sən mənim ailəmsən. Mən sona qədər ailəmizin dağılmasına imkan verməyəcəm. Səni çox sevirəm”.

Qeyd edək ki, iyulda evlənən cütlüyün ailəsinin saxta olması ilə bağlı iddalar irəli sürülür.