Xəbər verdiyimiz kimi, “Şirin” obrazı ilə tanınan aktyor Nicat Rəhimov evlənib.

Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində baş tutan məclisi müğənni Rüfət Axundov idarə edib.

Toyda bəy gəlinin fotolarının media nümayəndələri tərəfindən çəkilməsinə etiraz edib. Ülviyyə adlı xanımla ailə quran Nicat özü kameralar qarşısına keçərək şəkillər çəkdirib.

Məclisə gələn qonaqlar arasında aparıcılar, müğənnilər, aktyorlar və digər tanınmış simalar yer alıblar. 

Foto: Ramin ASLANOV