Bəstəkar Gövhər Həsənzadə uzun müddətdir gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, bəstəkar “ATV maqazin onlarla”ya açıqlamasında söz-söhbətdən bezdiyini deyib:

“Dəyərini verməyib, başqa söhbətlər danışmaq məni yordu. Üstümə gələn çox söz-söhbətlər oldu. “Yenə Gövhər? Niyə bizim mahnı yox? Ay Gövhər gəldi” sözləri eşidirdim. Elə bil bütün efiri zəbt etmişdim. Hər yerdə mənim adım çəkilirdi... Bu söz-söhbtələrdən yoruldum getdim. Mən sakitcə Türkiyə şou-biznesinə qatıldım. Oradakı müğənnilər üçün mahnılar yazıram”.