Zümrüd Qasımova övladlığa uşaq götürmək istəyir

Zümrüd Qasımova övladlığa uşaq götürmək istəyir
2138 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa-aparıcı Zümrüd Qasımova övladlığa uşaq götürmək istəyir.

Axşam.az-ın məlumatına görə, aktrisa bu haqda "Xanım kimi" verilişində deyib. 

O bildirib ki, övladlığa götürəcəyi uşaqların yaşının böyük olmasını istəyir:

“İnsan nə arzulayırsa, qarşısına çıxır. Gənc olanda Nisə Qasımovanın bir mahnısına qulaq asırdım: ana ola bilmədim, dünyadakı bütün uşaqların anasıyam. Çoxuşaqlı ailədə böyümüşəm. Arzulayırdım çox uşağım olsun. Qadın dünyaya ana olmaq üçün gəlib. Amma mənim qismətimə yazılmadı.

Taleyim düşündüyüm kimi olmadı. Keçirdiyim xəstəliyə görə dünyaya uşaq gətirə bilmərəm. Qarşıma məqsəd qoyuldu ki, ya yaşamaq, ya uşaq və ölüm. Mən də öz həyatımı seçdim. İndi iki qız övladlığa götürmək istəyirəm. Həyat yoldaşımında istəyi var.

Əslində istəyərdim ki, böyük evim olsun, çox uşaq götürüm. Amma bunun üçün mənə çox pul lazımdır. Götürəcəyim uşaqlar biləcək ki, onlar övladlıqdır. 3-4 yaşında olacaq, böyümüş uşaq istəyirəm. Reallıq olsun gərək”.