Hamı onu Beyons bilib şəkil çəkdirir - fotolar

Hamı onu Beyons bilib şəkil çəkdirir -  fotolar
3802 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın Detroit şəhərində yaşayan Britni Villiams sosial şəbəkə fenomeninə çevrilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Britni müğənni Beyonsa bənzərliyi ilə diqqət çəkir.

İnstaqram izləyiciləri onun Beyonsa əkizi qədər oxşadığını qeyd edirlər. Lakin saçlarından başqa hər yeri təbii olan Villiams bu durumdan o qədər də məmnun deyil.

O, küçədə rahat gəzə bilmədiyini, Beyonsun fanatları tərəfindən təqib edildiyini və gündə onlarla insanla şəkil çəkdirmək məcburiyyətində qaldığını bildirib.

Maraqlısı budur ki, Britninin ana, atası da Beyonsun valideynlərinə bənzəyirlər.