Atasına görə qalanı yarımçıq tərk edən Özcandan ilk açıqlama

Atasına görə qalanı yarımçıq tərk edən Özcandan ilk açıqlama
3812 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, “Öteki taraf” filminin qala gecəsinə qatılan aktyor-müğənni Özcan Dəniz atasının xəstəxanada olduğunu öyrəndikdən sonra təqdimatı yarımçıq tərk edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi atası ilə bağlı ilk açıqlamanı verib. O, hazırda atasının vəziyyətinin normal olduğunu deyib:

“Həkimlər yanındadırlar. Nəzarət edirlər. Vəziyyəti hazırda yaxşıdır. Qalanı heç kiminlə sağollaşmadan tərk etmək məcburiyyətində qaldım”.

Qeyd edək ki, 45 yaşlı aktyorun atası Sadıq Dəniz idrar infeksiyası diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Özcanın qardaşı Ercan jurnalistlərə açıqlamasında telefonları səssiz rejimində olduğu üçün xəbəri gec öyrəndiklərini bildirib.