Namiqin anası ilk dəfə gəlinindən danışdı: "Çox razıyam..."

Namiqin anası ilk dəfə gəlinindən danışdı: "Çox razıyam..."
6701 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəzər TV-nin “5-də 5” verilişinin komandası meyxanaçı Namiq Qaraçuxurlunun ata evində qonaq olub.

Axşam.az-ın məlumatına görə, Qaraçuxurda yerləşən evdə sənətçinin valideynləri kameralar qarşısına keçiblər. Namiqin atası onun uşaqlıqda nadinc olduğunu deyib:

“Uşaqlıqda dəcəl olub, amma çox yaxşı övladdır. Vaxt tapan kimi gəlib bizə dəyir”.

Meyxanaçının anası da oğlundan və gəlinindən razı olduğunu bildirib:

“Namiq bir az gec ailə qurdu. Bütün günü deyirdik ki, evlən, evlən. Gec olsa da, gəlinimdən çox razıyam. İstər xasiyyətində, istər başqa şeylərdə”.

Qaraçuxurda Namiqin qonşuları da onun haqda fikir bildiriblər. Meyxanaçının əliaçıq, hamı ilə yola gedən biri olduğunu vurğulayıblar.