"Anası toyda oxuyur, balası da ortalıqda oynayır" - Gülay

"Anası toyda oxuyur, balası da ortalıqda oynayır" -  Gülay
4402 dəfə oxunub
  • A-
  • A
  • A+

“Çox sevinirəm ki, övladımın Kamil kimi atası var. Övladına bağlıdır, onu sevir. Ancaq analar biraz qapalı olurlar. Bacımın uşaqlarına qarşı da eləyəm. Onlar xəstələnəndə özümü öldürürəm, ancaq qaçım uşağı öpüm, qucaqlayım, əzizləyim, belə şeylərim yoxdur. Təbii ki, övladımla nəfəs alıram. O, mənim canımdır, ürəyimdir. Bəzən İnstaqramda şəklini qoyanda yazıram ki, sevgim, xoşbəxtliyim. Atası onun şəklini hər an paylaşır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Gülay Zeynallı "Virtual həyat" verilişində deyib.

Sənətçi qızı Sahilə ilə münasibətlərindən danışıb:

“Qızım atasının idman zalına gedir, oynayır. Kamil də məşqini keçir. Mən uşağı toya apara bilmərəm axı. Anası toyda oxuyur, balası da ortalıqda oynayır. Uşağı 4-5 yaşından özləri ilə ora-bura aparırlar. İstəyirəm ki, uşağım məktəbə daxil olandan sonra yüklənsin. İndi o bağçaya gedir, bağçadan çıxır, deyir ki, ana filan yerə gedək. Əgər vaxtım varsa, istədiyi yerə aparıram. Uşağı başqa işlərlə yükləmək istəmirəm. Qoy uşaqlığını yaşasın”.