Açılış üçün Dubaya yollanan amerikalı model Bella Hadid bu səfərində tək olmayıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, modellə bərabər Dubaya ispan model Con Kortajarena da yollanıb. Sosial şəbəkədə cütlüyün səmimi fotoları yayılıb.

Bellanı boynundan öpən Con şəkillərdən birinə “Gələcək həyat yoldaşım” sözlərini yazıb. Bu sözlərdən sonra cütlüyün sevgili olması dedi-qoduları yayılmağa başlayıb.