"Səhər universitetdə dərs deyir, axşam stollarda oynayıb pul yığır"

"Səhər universitetdə dərs deyir, axşam stollarda oynayıb pul yığır"
8982 dəfə oxunub
  • A-
  • A
  • A+

“Çoxunun fikri pul qazanmaqdır. Bəzilərinin istedadı var. Ciddi yol seçsələr hörmət qazanarlar”.

Axşam.az-ın məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “5/5” verilişində deyib.

Sənətçi gənc ifaçılardan danışıb və bəzi müəllimləri tənqid edib:

“Arada toy tutmaq lazımdır. Amma əvvəl ali təhsil alsınlar. Özü də baxsınlar hansı ali təhsil müəssisələrinə girirlər. Eləsi var ki, orada dərs deyənlər başqa cür insanlardır. Səhər universitetdə dərs deyir, axşam stollarda oynayıb, pul yığırlar. Onlar tələbəyə heç nə öyrətməyəcəklər”.