41 illik evlilik bitir - tanınmış aktyor boşanır

41 illik evlilik bitir - tanınmış aktyor boşanır
3889 dəfə oxunub
  • A-
  • A
  • A+
“Leyla və Məcnun” serialında “Ağ saqqalı dədə” obrazı ilə tanınan aktyor Köksal Engürlə həyat yoldaşı Jalə Engür 41 illik ailə həyatılarına son qoyurlar.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, 63 yaşlı Jalə 71 yaşlı ərindən boşanması ilə bağlı bunları deyib: “3 ildir, onunla ayrı yaşayırıq. Birlikdə razılığa gələrək boşanmağa qərar verdik. Hər hansı təzminat tələbimiz yoxdur. Evliliyimizin təməli sarsıldığına görə boşanmağımıza qərar verilməsini istədik”.
 
Qeyd edək ki, Köksalla Jalə 1976-cı ildə ailə qurub. Cütlüyün 35 yaşlı bir qızı var.